Receb İvediki döydülər?

Bir çoxlarının Receb İvedik kimi tanıdığı türkiyəli aktyor Şahan Gökbahar, iş adamı Akın Büyükoğlu ilə dava edib. SİA-nın verdiyi xəbərə görə, dörd dostu ilə gecəyarısı əylənməyə gedən aktyorun, iş adamı ilə sözü çəpləşib. Gökbahar Büyükoğlunu sərt formada itələdikdən sonra, mübahisə daha da şiddətlənib. Bir-birinə yumruq atan iki kişini, yanlarındakı dostları ayırmağa çalışıb. 20 dəqiqə davam edən mübahisədən sonra, Gökbahar qız dostları ilə gəmiyə oturaraq, məkandan uzaqlaşıb. Şahan dava etdiyini danıb:"Bu yalan xəbərləri kim çıxarır? Adını çəkdiyiniz insanı tanımıram. Ankaradan gələn dostlarımla əyləndik. Heç bir dava da olmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə