Gözəllər mətbuatı başına cəm etdi FOTOLAR

"Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin mətbuat konfransı baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Miss Globe International" beynəlxalq gözəllik müsabiqəsinin prezidenti Rasim Aydın, media mənsubları və başqaları iştirak edib.

Mətbuat konfransını giriş sözü ilə açan "Miss Globe International" beynəlxalq gözəllik müsabiqəsinin prezidenti Rasim Aydın yarış haqqında danışıb: "Biz bu yarışmanı Azərbaycanda keçirdərək qardaş ölkəni dünyaya tanıtmaq istədik. Onu da deyim ki, "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin final gecəsi sentyabr ayının 14-də olacaq. Sözügedən gecədə Türkiyədən sənətçilər gələcək. Belə ki, onlardan Demet Akalın, Gökan Özen, İnna və başqaları olacaq. Mərasimin aparıcısının kimliyini hələki gizli saxlayırıq. Xüsusi ilə qeyd edim ki, qalib gələn gözələ pul və maşın verilə bilər".

Tədbirin davamında qalib gələn gözəlin başına qoyulan tac nümayiş etdirilib. Daha sonra "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin qızları jurnalistləri salamlayaraq Bakını çox sevdiklərini dilə gətiriblər.

Qeyd edək ki, müsabiqənin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Burada 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...