Stilist bu il dəbdə olan geyimlərdən və rənglərdən danışdı

Tanınmış stilist Samiraldo (Samir Əliyev) payız mövsümü üçün dəbdə olan geyimlərdən və rənglərdən söz açıb. Bu haqda SİA-ya açıqlama verən məşhur xanımlarımıza məsləhət verməyi də unutmayıb: "Bu il ciddi köynəklər və cins şalvarlar dəbdə olacaq. Bu cür geyimi xanımlarımız gündəlik həyatlarında geyinə bilərlər. Qadınlarımızın aksesuarlardan muncuğa üstünlük vermələri məsləhətdir. Bu il ki, payız mövsümündə xanımlarımız mavi, ağ, qara, yaşıl rənglər istifadə etsələr daha məqsədə uyğun olmuş olar. Onu da deyim ki, qadınlarımız sentyabr ayında uzun burunlu ayaqqabılar da geyinərək maraqlı kompazisiya yarada bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə