Müğənni Orxan Babazadə yeni yazdırdığı mahnısını üzə çıxarıb. Bu haqda SİA-ya danışan sənətçi yaxın günlərdə həmin bəstəyə klip çəkdirəcəyini də dilə gətirib: "Sözləri Azər Şirinə, musiqisi Ceyhun Əliyevə məxsus olan "Bahar çiçəyim" adlı mahnım artıq hazırdır. Sözügedən bəstəyə ekran işi verdirəcəm. Klip fərqli üslubda çəkiləcək və böyük layihə kimi təqdim olunacaq. Ekran işi texniki tərəfdən və rejissor işi baxımından dünya standartlarına cavab verəcək. Ola bilsin ki, yaradıcı heyət xarici ölkədən dəvət olunsun. Onu da deyim ki, hazırda kliplərdə modellərin çəkilməsi artıq dəb halını alıb. Amma mən dəb xatirinə bunu etməyəcəyəm. Sadəcə, musiqiyə ahəng qatmaq üçün tanınmış modelləri ekran işinə çəkəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB