Sənətçini belə təbrik etdilər

Bu gün müğənni Zamiq Hüseynovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, onu bu münasibətlə ailəsi və sənət dostları təbrik edib. Xoş gününü təbrik edən insanlar arasında ona bir çoxlarından yaxın olan prodüseri Elnur Hüseynov da var: "8 ildir birgə çalışdığım dostum Zamiq Hüseynovu doğum günü münasibəti ilə təbrik edirəm. Hər zaman yanımızda olasan. Uğurların bol olsun".

Səbəbkarı bəstəkar-müğənni Nazim Məmmədov da təbrik edərək ünvanına xoş sözlər deyib: "31 yaşın tamam olur. Ad günün mübarək!".

Qeyd edək ki, Zamiq Hüseynov 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 1987-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 1990-cı ildə 53 saylı orta məktəbdə təhsilə başlayıb. 2001-ci ildə orta təhsilini bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədəm dərs alıb. Bundan sonra onun ilk mahnısı "Dəymərəm Qəlbinə" çıxıb. Zamiq ilk dəfə olaraq 2004-cü ildə Azərbaycan Televiziyasının verilişində efirə çıxıb. Onun ilk albomu olan "Uçduq" Zamiqi çox populyarlaşdırıb. Sevimli aktyorları Yaşar Nuri, Nikolas Keycdir.

Bütün xəbərlər Facebook səhifəmizdə