Axtarışda olan sənətçi albom çıxardacaq

Narkotik biznesi ilə məşğul olduğu üçün haqqında həbs olunma qərarı çıxan, may ayından bəri mətbuatda görünməyən türkiyəli müğənni Deniz Sekidən yeni xəbər var. SİA-nın verdiyi məlumata görə, sənətçi oktyabr ayında "İz" adlı yeni albomunu sevənlərinə təqdim edəcək. Bu haqda jurnalistlərə ifaçının prodüseri Bülent Seyhan məlumat verib. Prodüser albomun ərsəyə gəlməsində rolunun böyük olduğunu və sözügedən diskin işıq üzü görməsi üçün Deniz Sekinin ailəsi vasitəsi ilə özündən icazə aldığını, hazırda axtarışda olan sənətçinin harda olmasından xəbərsiz olduğunu söyləyib.

Elnur Mustafabəyli

Bütün xəbərlər Facebook səhifəmizdə