Tarkanın keçmiş sevgilisi onun haqqında nələr dedi?

"Meqastar" Tarkanın keçmiş sevgilisi Nil Özalp sənətçidən ayrılmasının səbəbini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, Nil bu haqda jurnalların birində danışıb: "Tarkanla iki il yarım münasibətim olub. Tarkanla üç il öncə ayrıldıq. Onunla birlikdə olmaq mənə çox çətinliklər yaradırdı. Sevgili olduğumuz vaxtlar Tarkanın fanatları məni narahat edirdilər. Mətbuat da haqqımda yalan xəbərlər yayımlayırdı. Tarkanla eyni dünyanın insanları olduğumuza görə münasibətimizi davam etdirə bilmədik. İkimiz üçün də sənətimiz daha önəmli idi".

Bütün xəbərlər Facebook səhifəmizdə