Müğənni İradə İbrahimovanın Türkiyədə işlədiyi şirkətlərdən biri ilə uzun müddətdir davam edən əməkdaşlığı bu günlərdə bəhrəsini verəcək. SİA-nın verdiyi xəbərə görə, artıq bir sıra yeniliklərə imza atan sənətçi bu silsilədən ilk olaraq albom təqdim edəcək. Oktyabrda işıq üzü görməsi nəzərdə tutulan albom haqqında ifaçının Türkiyədəki mətbuat əlaqələndiricisi məlumat paylaşıb.
Albomun ilk çıxış mahnısı olan "Olmamalıydı"nın söz və musiqi Şəhrazata, aranjimanı Ozan Çolakoğluna məxsusdur. Bir çox sürpriz adların müəllifi olduğu mahnılardan ibarət diskin musiqi direktoru İsra Gülümsərdir.
Qeyd edək ki, eyni adlı mahnıya bir müddət əvvəl Gülşən Aybaba klip çəkib. 16 saata tamamlanan ekran işi 40 nəfərdən ibarət heyətlə Kilyosta lentə alınıb. İradə İbrahimova yaxın günlərdə işıq üzü görəcək "Olmamalıydı" ilə Türkiyədə iddialı bir başlanğıc etməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB