İfaçı bu dəfə həqiqətən soyundu

Qeyri-adi hərəkətləri ilə hər kəsi şoka salan müğənni Castin Biber Nyu-York moda həftəsinə həsr olunan tədbirdə yenə ənənəsinə sadiq qalıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə həmkarı Rita Oranı təqdim etmək üçün səhnəyə çıxan Castini tamaşaçılar yaxşı qarşılamayıb. Zalda əyləşənlərin soyuq münasibətini hiss edən ifaçı gözlənilməz addım atıb. Belə ki, açıq-mavi pencək, cins şalvar və qara köynək geyinən ifaçı aparıcıya müraciət edərək, "Özümü bu paltarda rahat hiss etmirəm, soyunsam olar?" sualını səsləndirib. Müğənni aparıcıdan cavab gözləmədən soyunmağa başlayıb və əynində alt paltarından başqa heç nə saxlamayıb. Bədənini nümayiş etdirən 20 yaşlı ulduz, tamaşaçıların diqqətini cəlb etməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə