Çalışqan sənətçidən növbəti yenilik

Müğənni Kərim Abbasov repertuarına daha bir mahnı daxil edib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Bildiyiniz kimi, hər zaman yaradıcılığımda yeniliklər edən ifaçıyam. Artıq növbəti bəstəm hazırdır. Mahnı "Yox unutmadım" adlanır. Bu bəstəni 2 il öncə lentə aldırmışdım. Ancaq dinləyicilərimə təqdim etməmişdim. Qərara gəldim ki, sözləri Xanım Aydına, musiqisi Gövhər Həsənzadəyə aid olan mahnını artıq tamaşaçılarımın ixtiyarına verim. Onu da deyim ki, "Yox unutmadım" adlı bəstəyə klip də çəkdirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...