Sevdiyi xanımı maraqlı jesti ilə ağlatdı

Sevdiyi xanımı maraqlı jesti ilə ağlatdı

Türkiyəli müğənni-aktyor Kərəmcəm sevdiyi xanıma qarşı qeyri-adi addım atıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı iki ildir birlikdə olduğu sevgilisi, aktrisa Seda Güvənə iyunun 17-də anasının üzüyü ilə 120 nəfərin qarşısında evlilik təklifi edib. Bu təklif qarşısında şoka düşən Seda isə sevincindən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, müğənni vaxtilə anasının dediyi "Kərəmcəm nə vaxtsa evlilik təklifi edərsə, istəyərdim ki, mənim üzüyümlə bu addımı atsın" sözlərini unutmayıb və onun arzusunu gerçəkləşdirib.


Bütün xəbərlər Facebook səhifəmizdə