Bu gün tanınmış müğənninin toyudur

Bu gün Türkiyənin tanınmış müğənnisi Fettah Can bəylik kürsüsünə əyləşəcək. SİA-nın verdiyi xəbərə görə, müğənni sevib-seçdiyi Cansu Kurtçu ilə ailə həyatı quracaq.

İfaçı bu haqda telefon bağlantısı ilə verilişlərin birinə qatılaraq, xoş günündən danışıb: "Axşamki, toyumuz üçün ciddi hazırlıqlar gedir. Bu gün həyatımın ən önəmli günüdür. Ümid edirəm ki, el şənliyimiz çox maraqlı keçəcək. Onu da deyim ki, ailə qurduğum xanım xına gecəsində çox əyləndiyi üçün hazırda istirahət edir. Diqqətinizə çatdırım ki, artıq 8 ildir sevgi münasibətləri yaşayırdıq. Bəzi məqamlara görə, toyumuzu təxirə salmışdıq. Nəhayət, bu gün evlənirik. Çox sakit həyat tərzi sürmək fikrindəyik. Evləndikdən bir müddət sonra gözəl bir varlığın dünyaya gəlməsini istərdik".

Elnur Mustafabəyli

Bütün xəbərlər Facebook səhifəmizdə