Tanınmışın daha bir bacarığı üzə çıxdı

Prodüser Təranə Səmədovanın daha bir bacarığı üzə çıxıb. Bu haqda SİA-ya danışan Təranə aparıcılıq edəcəyini deyib: " "Hələ bu harasıdır" adlanan yeni verilişi idarə edəcəm. Onu da deyim ki, bu günə kimi bir neçə dəfə aparıcılıq etmişəm, az da olsa, təcrübəm var. Verilişdə hər gün şou-biznesin tanınmış simalarını qonaq edəcəm. Layihə həftə içi beş gün saat 10:45-dən 12:45-ə kimi "Space"də canlı yayımlanacaq. Xüsusi ilə deyim ki, aparıcılığım prodüserliyimə heç bir problem yaratmayacaq. Hər iki işin öhdəsindən gələ biləcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə