Sənətçi “Örtülü bazar”ı kiminlə edəcək?

Müğənni-bəstəkar Nurlan Təhməzli yaradıcılığında yenilik edəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçi repertuarına "Örtülü bazar" adlı maraqlı bəstə daxil edəcək. Mahnının sözləri və musiqisi Zülfü Bədəlovun, aranjimanı isə Elvin Musayevindir. Bəstə yaxın günlərdə Nurlan Təhməzli dinləyicilərinə təqdim olunacaq.

Qeyd edək ki, ifaçı yeni "Örtülü bazar" adlı mahnısını ekranlaşdırmağı da düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...