İmperatora zərbə dəydi

Türkiyə musiqisinin "imperator"u İbrahim Tatlısəsə mənəvi zərbə dəyib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb: "Sahib olduğum "Tatlıses TV" bağlandı. 11 ildir ki, o televiziyanı necə saxladığımızı Allah və işçilər bilir. Xalqın dilini kəsdiniz".

Qeyd edək ki, Tatlısəs bir müddət əvvəl, sosial şəbəkədə kanalın bağlanacağı ilə bağlı ehtimalın olduğu haqqında belə yazmışdı: "Tatlısəs TV-ni bağlamaq qərarına gəldik. "Niyə?" deyə soruşanlara cavabım budur: TÜRKSAT-ın lisenziyasını ləğv edirik. Hədələri bizi bezdirdi. Ödəmələrin 24 lirədən 50 lirəyə qalxmasına görə, gecikmələrimiz olur. Baş nazirimiz "bağlayın" desə, bağlayacağıq. 11 ildir TV-dən cibimizə bir qəpik pul gəlmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə