Müğənni Xatirə İslam görünüşü ilə bağlı onu tənqid edənlərə cavab verib. SİA-nın verdiyi xəbərə görə, o bu haqda sosial şəbkədə yazıb: "Mən səviyyəsiz, darfikirli insanları ətrafımda görmək istəmirəm. "Makiyajın pisdir, saçın bərbaddır, sən bu paltarı neçə dəfə geyinmisən?"-sözlərini yazan insanlar artıq məni çox əsəbləşdirir. Ay bunları yazan tərbiyəsiz, mən həm evdar qadınam, həm müğənni, həm də dayəyəm. Salona getməyə vaxtım olmur. Sizə nə lazımdır? Küçələrdə səhərə kimi gəzib, gündə bir paltar nümayiş etdirməliyəm? O mənlik deyil", deyə müğənni yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB