Müğənni Elçin Cəfərov pərəstişkarlarına sevindirəcək. Mətbuat katibi Kazım Sübhanın SİA-ya verdiyi xəbərə görə, sənətçi payız mövsümünə uyğun bəstə üzərində çalışır: "Yaxın günlərdə "Gecələrdə" mahnısını sevənlərinə təqdim edəcək. Bəstə artıq aranjimandadır. Mahnının sözləri Azər Şirinə, musiqisi özünə aiddir. Uzun zamandır Elçin lirik bəstə səsləndirmədiyə görə qərara gəldi ki, sakit mahnı oxusun. Bəstə payız mövsümünə uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə