Rəqqasə yıxıldı

Hazırda Hindistanda rəqs şousunda iştirak edən rəqqasə Oksana Rəsulova qəza keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi yeni səhnə hazırlayarkən yüksəklikdən yıxılıb. O, bu haqda sosial şəbəkədə yazıb: "Həyatımda ən təhlükəli günlərdən biri idi. Mən hündürlükdən çox qorxurdum. Buna görə də, dördüncü mərtəbədə yüksəklikdən hoppanmağım düzgün olmadı. Üzü aşağı düşdüm. Burnum və sifətim çox əzildi. Birinci "action" sözündən sonra fikirləşmədən hoppandım. Düşünürəm ki, mənim göydəki uçuşum, ya da yerişim də gözəl idi".

Bütün xəbərlər Facebook səhifəmizdə