Bəhram Bağırzadə 42 yaşını qeyd edir

Bu gün aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Komandasının, həmçinin Kinematoqrafçılar Birliyinin, Karikaturaçılar Birliyinin və Rəssamlar Birliyinin üzvü Bəhram Bağırzadənin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, onu bir çox məşhurlar təbrik edib.

Qeyd edək ki, Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda, ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin təhsil ocağını bitirib. İxtisası teatr rejissorudur.1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olub. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkib və "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalereya" jurnalının naşiridir. B.Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunun yarışlarında və "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə