Nurlan Əzizbəyli xəstəxanalıq oldu

Müğənni Nurlan Əzizbəylinin səhhətində ciddi problem yaranıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı gecə saatlarında xəstəxanaya aparılaraq, reanimasiyaya yerləşdirilib. Bu haqda sosial şəbəkədə N. Əzizbəylinin özü yazıb: "Əziz dostlar, çox pisəm, xəstəxanaya gedirəm. Dualarınızı məndən əsirgəməyin və haqqınızı halal edin".

Daha sonra ifaçının həyat yoldaşı Nara Əzizbəyli Nurlanın vəziyyətinin pis olduğunu qeyd edib: "Nurlan hazırda həkim nəzarətindədir. Reanimasiya şöbəsindədir. Səhərə kimi düzəlsə, əməliyyat olunacaq. Narahat olmayın, sadəcə, dua edin ki, yoldaşıma, oğlumun atasına heç nə olmasın. Qanına zəhərlənmə keçib, vəziyyəti çox ağırdır. Allah heç bir ailəni böyüksüz etməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...