Murad Arif hansı məşhurlardan danışdı?

Murad Arif hansı məşhurlardan danışdı?

Bəstəkar, teleaparıcı, müğənni Murad Arif tanınmış simaların yaxın günlərdə təqdim edəcəyi yenilikdən söz açıb. Bəstəkar SİA-ya açıqlaması zamanı bunları deyib: "Artıq sentyabr ayıdır. Şou-biznes nümayəndələri tamaşaçılara yenilik etməyə çalışırlar. Həmin siyahıya Röya Ayxanı və Xəyyam Nissanovu aid etmək olar. Belə ki, Xəyyam yaxın vaxtlarda iki yeni klip çəkdirəcək. Ekran işi verdiyi bəstələrin adlarını hələ ki, sirr saxlayıram. Röya da Türkiyənin tanınmış müğənnisi Zinət Salı ilə bir araya gələcək. Adıçəkilən qardaş ölkənin ifaçısı ilə birgə duet səsləndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə