Bəstəkar-müğənni Nazim Məmmədov hazırda işbirliyində olduğu ifaçılardan danışıb. SİA-ya açıqlama verən Nazim sözügedən məşhur simaların adlarını da açıqlayıb: "Elton Hüseynəliyev musiqisi mənə, sözləri Xaləddin Baxışa aid olan "Axtarma" mahnısını yaxın günlərdə səsləndirəcək. Cabir Abdullayev sözləri Mahirə xanıma məxsus olan "İlahi" bəstəsini tamaşaçılara təqdim edəcək. Gülay Zeynallı sözləri və musiqisi mənə aid olan "Ürəyim adlı" mahnını oxuyacaq. Sonda onu da deyim ki, Röya Hacı Fikrətə aid olan "Bəyaz mələyim" adlı mahnını ifa edəcək. Röyanın sözügedən bəstəni səsləndirməsi şairin böyük arzusudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB