Sənətçi aparıcılıq edəcək FOTOLAR

Sənətçi aparıcılıq edəcək FOTOLAR

Müğənni Roza Zərgərli bu dəfə özünü aparıcı kimi sınayacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı sentyabrın 15-dən "Bakı vaxtı ilə" verilişi ilə tamaşaçıların görüşünə gələcək. Layihənin məqsədi Azərbaycanın unudulmaz korifeylərini bir daha gündəmə gətirməkdir. Həftənin şənbə günləri yayımlanacaq proqramda mədəniyyətimizdə iz qoymuş sənətkarlardan danışılacaq. Verilişin ilk buraxılışı Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunacaq. Proqramda məhrum sənətkarın şəxsi həyatından tutmuş peşəkar fəaliyyətində üzləşdiyi sıxıntılara qədər bir çox gizli məsələlərə toxunulacaq.

Qeyd edək ki, ilk verilişin qonaqları "Şöhrət" ordenli Arif Qazıyev, tarzən, xalq artisti Zamiq Əliyev, əməkdar artist Aybəniz Haşımova və Almaz Orucova olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə