Rejissorla aktyorun "Şərəf"i FOTOLAR

Bir çox baxımlı filmlərin rejissoru və aktyoru Samir Qulamov yeni serial ərsəyə gətirir. Bu haqda SİA-ya rejissorun özü ətraflı məlumat verib: "Yeni "Şərəf" adlı serial çəkirəm. Serialda psixoloji ailə dramından bəhs olunur. Çox maraqlı mövzudur. Serialda baş rolu bacarıqlı aktyor Elçin Məmmədli canlandırır. Onu da deyim ki, Elçinlə yaxın dost oluğumuz üçün kinoya çəkmirəm. Çünki işlərimi şəxsi həyatımda qatmıram. Elçin aktyorluq sənətinin öhdəsindən layiqincə gəldiyi üçün baş rolu ona həvalə etmişəm. Xüsusilə diqqətinizə çatdırım ki, rejissorluğunu etdiyim "Küləklər şəhəri" serialından sonra Elçin Məmmədli tanınaraq sevilib".

"Şərəf" serialının baş rol aktyoru Elçin Məmmədlinin də fikirlərini öyrəndik: "Maraqlı serial olacaq. Düşünürəm ki, bu vaxtadək çəkildiyim seriallardan uğurlu olaraq baxılacaq. Bu kinonu Türkiyə serialları ilə müqayisə edə biləcəyik. Çünki seriala bacarıqlı və istedadlı komanda cəlb olunub. Onu da deyim ki, çəkilişlər şəhərin müxtəlif yerlərində lentə alınır. "Şərəf" serialı tezliklə tamaşaçılara təqdim olunacaq".

Çəkilişdən olan fotoları sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə