Rəqqasə Oksana Rəsulova Hindistanda keçirilən "İndias Best Cine Star Ki Khoj" müsabiqəsindəki növbəti çıxışını da uğurla bitirib. SİA-nın verdiyi xəbərə görə, o, ən çox səs toplayaraq həftənin əlçatmaz siması olub. Bu səbəbdən rəqqasə ona dəstək olan insanlara təşəkkürlərini bildirib.

Qeyd edək ki, müsabiqə Hindistanın ZEE TV kanalında hər həftənin şənbə və bazar günləri yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə