Rəqsanə qızı ilə birgə doğmalarından ayrı düşənləri qovuşduracaq

Rəqsanə qızı ilə birgə doğmalarından ayrı düşənləri qovuşduracaq

Müğənni Rəqsanə İsmayılovadan yenilik var. SİA-nın verdiyi xəbərə görə, ifaçı sosial şəbəkədə qızı ilə birgə veriliş açacağını yazıb: "Azərbaycan teleməkanına yeni "Yar" adlı layihə gəlir. Verilişdə dəb yenilikləri, ulduzlu qonaqlar, xanımları maraqlandıran movzulardan söz açılacaq. Verilişin daha bir özəlliyi odur ki, uzun zamandır gözü yolda qalanların həsrətinə son qoyulacaq. Dəbli şouda siz itirdiyiniz doğmalarınızı da tapa biləcəksiniz. Gözləri yolda qalan analar öz övladlarına xanımlar üçün hazırlanmış "Yar"da qovuşacaqlar. Vətəndən kənarda olan, əlaqə qura bilmədiyiniz ailə üzvləriniz varsa, xaricdə cəzaçəkmə müəssisələrində olan doğmalarınıza belə sizi "Yar" layihəsi qovuşduracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə