Fahişə rolunda çəkilmək istəyən aktrisadan təkzib

Fahişə rolunda çəkilmək istəyən aktrisadan təkzib

Aktrisa, teleaparıcı Tunay Əliyeva mediada onun haqqında yalan müsahiblərin yayımlanmasından giley edib. Bu haqda SİA-ya danışan aktrisa bəzi jurnalistləri sərt tənqid etməkdəndə çəkinməyib: "Bəzi media nümayəndələri peşəkarlıqdan kənar hərəkət edir. Son müsahibəmdə təhriflərə yol verilməsi, iyrənc başlıqla yayımlanması məni narahat edir. Aktrisayam, hər hansı bir obrazı filmdə canlandırmağımda qəbahət bir şey görmürəm. Guya son müsahibəmdə fahişə rolunda çəkilmək üçün rejissorlara səslənmişəm. Mən belə bir ifadə işlətməmişəm. Mənim ağlım hələ yerindədi, nə danışdığımı yaxşı bilirəm. Bu gündən etibarən, demədiyim sözləri yazan, səviyyəsiz başlıq çıxaran, sözlərimi təhrif edən jurnalistləri və media orqanlarını məhkəməyə verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə