Bəstəkar Nazim Məmmədov fasilə vermədən çalışır. SİA-ya açıqlama verən bəstəkar hazırda bir çox məşhurlarla işbirliyinin olduğunu dilə gətirib: "Müğənni Natəvan Həbibi ilə yeni bəstə üzərində çalışırıq. "Gedən dönməz" adlanan mahnının sözləri Himalayın, musiqisi isə mənimdir. Sonra Eldəniz Məmmədovla sözləri meyxana ustası Aqşin Fatehə aid olan "Sultanım" bəstəsini yekunlaşdırmaq üzrəyik. Günay İbrahimli ilə də işbirliyimiz var. Sözləri Azər Şirinə aid olan mahnı Türkiyədə aranjiman olunduqdan sonra tamaşaçılara təqdim olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB