Bu gün əməkdar artist Abbas Bağırovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, onu ilk olaraq sənət dostu Röya Ayxan sosial şəbəkədə təbrik edib: "Sevə-sevə dostluğumu, səhnəmi paylaşdığım dostum, həyatımıza xoş gəldin. Ən pis anımda belə, zarafatınla məni güldürə bilənim, 100 yaşa!!! Abbas Bağırov, səni çox sevirəm".
Abbas Bağırov 1982-ci ildə Tovuz şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003-2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub. Həmçinin Türkiyə, Rusiya, Fransa,İtaliya, Amerika və digər Avropa ölkələrində təşkil olunan festivallarda da, Azərbaycanı təmsil edib. 2005-2009-cu illərdə "A-trio" adlı qrup yaradıb. Lakin bir müddət sonra qrup dağılıb. 2006-ci ildə "Sarı gəlin" xalq mahnısına qısametrajlı film-klip çəkdirib. 2007-ci ildə Gəncə şəhərinin 2500 yaşıyla əlaqədər şəhər icra hakimiyyətinin önündəki meydanda konsert verib. Son bir neçə ildir ki, özü də mahnı yazır. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB