Zaur nəyin həsrətini çəkir?

Hazırda xaricdə istirahət edən teleaparıcı Zaur Baxşəliyev vətəni üçün darıxıb. SİA-nın verdiyi xəbərə görə, Zaur bu haqda fikirlərini sosial şəbəkədə paylaşıb: "Xarici ölkəyə getmək bir evdə qonaq olmaq kimidir. Yalnız gözləyirsən, gətirənin əlinə baxırsan. Hər şey sənə maraqlı gəlir. Amma toxunmaqdan qorxursan, yuxun gəlir, yata bilmirsən, acırsan, yemək istəməyə utanırsan, hətta ayaqyoluna getməyə belə çəkinirsən. Hər an evinə qayıtmaq və bütün bu ehtiyaclarını yerinə yetirməyi düşünürsən. Başqa sarayın ağası olmaqdansa, öz evinin qulluqçusu olmaq daha yaxşıdır. Vətən ana kimidir. Hər kəsin anası özünə gözəldir".

Bütün xəbərlər Facebook səhifəmizdə