Prezident tərəfindən ev alan xalq artisti danışdı

Prezident tərəfindən ev alan xalq artisti danışdı

Prezident İlham Əliyev Azərbaycanın xalq artisti, tanınmış tarzən Firuz Əliyevə mənzil hədiyyə verib. Bu barədə SİA-ya sənətkarın özü məlumat verib: "Prezidentimizin diqqət və qayğısına görə özümün və ailəmin adından minnətdarlığımızı bildiririk. Çox sevincliyəm. Mənim üçün böyük stimuldur".

Xalq artisti növbəti sevincini də bizimlə bölüşdü: "Bu il oğlum Azərbaycan Milli Konservatoriyasına daxil olub. Bu da ailəm üçün növbəti xoşbəxtçilikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə