Tanınmış stilist Samiraldo (Samir Əliyev) yaradıcılğı və şəxsi həyatı haqqında maraqlı açıqlama verib. SİA-ya açıqlama verən stilist Londona gedəcəyini də dilə gətirib: "Noyabr ayında Bakını iki aylıq tərk edirəm. Bu həm şəxsi həyatım, həm də karyeramla bağlıdır. Yeni layihə üzərində çalışıram. Samiraldo brendini yaradaraq hər kəsə tanıtmaq istəyirəm. Xüsusi ilə diqqətinizə çatdırım ki, Londona getməyimə əsas səbəb orada ailə quracağımla bağlıdır. Aldığım xanım Londonda yaşayır. Evləndikdən sonra xanımım Londonda, mən isə Azərbaycanda qalacam. Onu da deyim ki, nigah masasına əyləşdiyim şəxsi 35 ildir ki, tanıyıram. Uşaqlıq dostuyuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB