Bu gün müğənni Nazim Faytonçunun doğum günüdür. O, bu haqda SİA-ya danışaraq ad gününü doğmaları ilə birgə keçirəcəyini dilə gətirib: "Bu gün 46 yaşım tamam olur. Bu münasibətlə bir çox yaxınlarım təbrik edib. Hər birinə təşəkkür edirəm ki, sevincimə şərik olurlar. Ad günümü ailəmlə birgə qeyd edəcəm".
Qeyd edək ki, sənətçi 1968-ci ildə Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-91-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən professional səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB