"Qala" qrupunun solisti Ceyhun Əliyev yeni bəstələr üzərində çalışır. Bu haqda SİA-ya danışan sənətçi hətta yeni duet ərsəyə gətirəcəyini deyib: "Sentyabr ayında bir çox yeni mahnıları tamaşaçılarımıza təqdim edəcəm. Bütün bəstələrin sözləri və musiqisi mənə məxsus olacaq. Onu da deyim ki, yeni duet üzərində də çalışıram. Yeni duet ortağım gürcüstanlı müğənnidir. Onunla birgə səsləndirmək istədiyim mahnının musiqisini özüm, sözlərini isə yazarlardan birinə həvalə edəcəm. Ümid edirəm ki, sözügedən xanımla duetimin sonu Günay İbrahimli kimi bitməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB