Müğənni Vasif Məhhərrəmli toylarda baş verən hadisələrdən danışaraq əsəbləşib. SİA-ya açıqlama verən sənətçi el şənliyini idarə etməyin çətin olduğunu da xüsusi ilə diqqətə çatdırıb: "Bildiyiniz kimi, biz müğənnilərin gəlir yeri toylardır. El şənliyini idarə etmək çox çətindir. Ancaq bəzən toyda yaxınlaşıb söyləyirlər ki, sizin işiniz asandır. Fonoqrama oxuyub, insanları aldadırsınız. Bu sözü deyənlərlə razılaşmıram. Çünki bir toyu idarə etmək üçün bir neçə köynək dəyişməli oluram. Ürəkdən ifa etdiyim üçün tərləyirəm və enerji sərf edirəm".
İfaçı geyimlərindən də söz açaraq bahalı brendlərə üstünlük verdiyini dilə gətirib: "Hər zaman çalışıram ki, tamaşaçıların qarşına səliqəli çıxım. Bunun üçün də geyimlərimə və aksesuarlarıma diqqət edirəm. Xüsusi ilə deyim ki, geyimlərimi brend markalardan alıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB