Bəstəkar-müğənni Nurlan Təhməzlinin bugünlərdə klipini təqdim etdiyi "Gəl, evlənək" mahnısı böyük səs-küyə səbəb olub. Belə ki, musiqisi özünə, sözləri Zülfi Bədəlova aid bu mahnının erməni mahnısı olduğunu iddia olunur.
Məsələ ilə əlaqədar sənətçinin özü ilə əlaqə saxladıq. O, SİA-ya açıqlamasında xəbəri təkzib etdi: "Erməni mahnısı deyil! Musiqidən anlayışı olan hər kəs mahnıya qulaq asarkən bunu təsdiqləyəcək. Bu mahnını şəxsən özüm, milli rəqs havalarımızdan ilhamlanaraq yazmışam. Bəzi dinləyiciləri çaşdıran məqam mahnının sonunda dediyim "Bay, bay, bay" ifadəsidir. Nədənsə, bəziləri bunu ermənisayaq "Vay, vay"la səhv salıblar. Klipə diqqətlə baxanlar buna əmin ola bilər".
Səs-küyə səbəb olan həmin mahnı və klipi sizə təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB