Türkiyənin məşhur müğənnisi Demet Akalın və həyat yoldaşı Okan Kurt ötən gün Bebekdə yeni maşınları ilə görüntüləniblər. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, 300 min avro dəyərində olan "Porsche" markalı avtomobilləri ilə sahildə gəzintiyə çıxan cütlük səhər yeməyindən sonra qızları Hira üçün alış veriş etməyə yollanıb. Mağazadan çıxarkən kameralara tuş gələn sənətçi "Okan idman üslubundakı avtomobillərlə, mən isə uşaq maşınları ilə maraqlanıram. Okanın mənə hədiyyəsidir. Zəhmət olmasa bunu yazmazsınız" deyib
Qeyd edək ki, cütlük yeni avtomobillərinə qızlarının adının baş hərfindən ibarət nömrə nişanı hazırlatacaqlar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB