In-Grid və "Love Italy" konserti olacaq

In-Grid və "Love Italy" konserti olacaq

Bakıda məşhur italyan müğənnisi İngrid solo konsert verəcək. SİA-nın verdiyi məlumata görə, əsl adı İnqrid Emilliana Alberini olan italyan müğənnisi, bəstəkarı, aranjimançısı Şimali İtaliyada anadan olub.

1994-cü ildə İnqrid "San-Remonun səsi" müsabiqəsinin qalibi olub. Avropa tənqidçilərinin fikrinə görə İn-Grid son 10 ildə İtaliya səhnəsində oxuyan bütün müğənnilər arasında ən fərqlil səsə malikdir. Müğənninin İtaliyadan olmasına baxmayaraq, hamı onu fransız kimi qəbul edib, belə ki o musiqi istiqamətini fransız şansonunu seçib.

Dünya şöhrətini ona, şəxsi dramı əsasında yazılan "Tu es foutu" mahnısı gətirib.

Qeyd edək ki, müğənni 5-7 sentyabr tarixində keçirilən Arena Polo World Cup Azerbaijan çərçivəsində "Love İtaly" bendi ilə sentyabr ayının 6-da, saat 21:00-da çıxış edəcək. Biletlərin qiyməti isə 300, 700 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə