"Kurtlar Vadisi" serialının aktrisasına şok təklif

"Kurtlar Vadisi" serialının aktrisasına şok təklif

Yaxın Şərqdə izlənmə rekordu qıran "Kurtlar vadisi" serialının "Vəkil Leyla" obrazı ilə məşhurluq zirvəsinə qalxan aktrisa Çiğdem Batura bir GSM firması tərəfindən inanılmaz təklif gəlib. SİA-nın verdiyi məlumata görə, aktrisaya firmanın üzü olmaq şərti ilə 1 milyon TL təklif edilib. Firma aktrisadan davamlı olaraq hər ay iclaslarda iştirak etməsini də istəyib. Əgər Ç.Batur iş planını düzgün tənzimləsə sözügedən firmaya "Hə" cavabını verəcək.

Qeyd edək ki, Yaxın şərq firmaları tamaşaçıların türk aktyorlarına marağını nəzərə alaraq bundan əvvəl Kıvanç Tatlıtuğ, Tuba Büyüküstün, Bülent İnal kimi məşhurlarla işləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə