Necati Şaşmaza ağır zərbə vurdu

Azərbaycanda məşhur olan və kifayət qədər böyük tamaşaçı kütləsi olan "Kurtlar Vadisi"nin Polad Alemdarını canlandıran aktyor Necati Şaşmaza qardaşından zərbə dəyib. SİA-nın türk mətbuatına istinadən verdiyi məumt görə, iş ortaqlığını sona çatdıran Necati və Raci Şaşmaz arasında gərginlik səngimir. Necati və Raci Şaşmaz yollarını ötən il qalmaqallı şəkildə ayırıblar. Əvvəlcə "Kurtlar Vadisi"nin beyin mərkəzi hesab edilən ssenaristlər komandadan ayrılıb. Daha sonra iki qardaş arasında münasibətlər gərginləşib.

Necati Şaşmaz qardaşının son illərdə serialla heç maraqlanmadığını iddia edib. Bundan sonra o qardaşından ayrılaraq məşhur serialı təkbaşına çəkməyə qərar verib. Filmin çəkilişləri ilə məşğul olan "Pana Film"lə bütün münasibətini kəsən Raci Şaşmaz cavab addımı ataraq şirkəti özünə məxsus olan 7 mərtəbəli lüks binadan çıxarıb.

11 illik əməkdaşlıqdan sonra qanlı-bıçaq olan Şaşmaz qardaşları ən son iyun ayında nənələrinin dəfnində bir araya gəliblər. Amma onlar bir-birinin üzünə belə baxmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə