Elvin Abdullayev klipini təqdim etdi

Sevilən müğənni Elvin Abdullayev "Ürək qoymadın" adlı bəstəyə çəkdirdiyi klipini təqdim edib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Sözügedən ekran işini Türkiyədə lentə almışıq. Klipin rejissoru həyat yoldaşım Afət Adbullayevayadır".

İfaçı sözügedən mahnının Mirkelamın ifa etdiyi "Hər gecə" mahnısına bənzədiyi fikrinə də münasibət bildirib: "Bu mahnını özüm yazmışam. Qaldı ki, oxşarığa, indi bütün mahnılar bir-birinə bənzəyir. Bu mahnını bəstələyəndə Mirkelam ağlıma belə gəlməmişdi. Mirkelam kimdir ki, guya adi türk müğənnisi. Onu Azərbayandan başqa heç bir xarici ölkədə tanınmır".

Qeyd edək ki, "Ürək qoymadın" mahnısının sözləri Altay Yaşara, musiqisi Elvin Abdullayevin özünə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə