Hülya Avşar estafeti kimə ötürdü?

Hülya Avşar estafeti kimə ötürdü?

Dünya ulduzlarının ALS-dan əziyyət çəkən xəstələrə diqqət çəkmək məqsədi ilə keçirilən xeyriyyə kampaniyasına dəstək olanların sayı günbəgün artır. SİA-nın verdiyi məlumat görə, bu dəfə "Buzlu su fləşmobu"na müğənni Hülya Avşar qoşulub. İfaçı videosunu şəxsi "İnstaqram" səhifəsində paylaşıb. O, estafeti aktyor Çağatay Ulusoya ötürdüyünü bildirib.

Hülya Avşar başından aşağı buzlu suyu tökdüyünü görən sənətçinin qızı qışqırmağa başlayıb.

Qeyd edək ki, indiyə kimi bu kampaniyaya "Facebook"un yaradıcısı Mark Zükerberq, "Microsoft"un prezidenti Bil Qeyts, müğənni Jenifer Lopez, futbolçu Arda Turan, Demet Akalın, aktyorlar Şahan Gökbakar, Ata Demirel və başqaları qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə