Əməkdar artist Tünzalə Ağayeva yeni mahnısını təqdim edib. SİA-nın verdiyi məlumata görə, bəstə "Gözləyirəm" adlanır. Sənətçi mahnıya görə millət vəkili Qənirə Paşayevaya təşəkkür etməyi də unutmayıb: "Əziz dostlarım, yeni mahımı təqdim etmək sevincimi sizlərlə bölüşürəm. Xeyirlərə vəsilə olsun İnşaallah. Bu uğurlu işimə görə bacım Qənirə Paşayevanı da təbrik edirəm".
Qeyd edək ki, "Gözləyirəm" mahnısının sözləri Qənirə Paşayevaya, musiqisi Tünzalə Ağayevaya, aranjimanı isə Emin Kərimiyə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB