Xalq artisti şeir yazdı

Xalq artisti Brilliant Dadaşova oğlu Cahada şeir yazıb. SİA-nın verdiyi məlumata görə, ifaçı şeiri övladı 3 yaşında olanda oğluna həsr edib. B.Dadaşova sosial şəbəkədə şeir haqda bunları yazıb: "Oğlumun üç yaşı olanda, o, yatarkən Türkiyədə yazdığım bir şeiri eksklüziv olaraq bölüşmək istəyirəm. Təsadüfən dəftərlərimin birindən tapdım".

Yenə sən yatdın, yenə qaldım tək,

Yenə baxdım sağıma-soluma ürkək-ürkək.

Yenə gecənin qaranlığından qorxduğumu görcək,

Dərd-qəm yürüdü üstümə sevincək-sevincək.

Yenə sən yatdın yenə qaldım yalqız

Yenə gecə meydan oxudu mənə arsız-arsız,

Yazım çiçəksizdir, qışımsa qarsız.

Əsgim hey cücərir bəhərsiz, barsız,

Kədərlərim də ki, hesabsız, saysız.

Yenə sən yatdın, yenə üzüldüm,

Yenə damla olub ürəyimdən süzüldün.

Yenə həsrətlə savaşdım, fərəqət düzüldüm,

Yenə qalib gəlmədim, yenə əzildim.

Bütün xəbərlər Facebook səhifəmizdə