Xalq artisti Faiq Ağayev haqqında heç vaxt danışmadığı oğlunu təbrik edib. SİA-nın verdiyi məlumata görə, ifaçı oğlunun doğum gününü şəxsi "Facebook" səhifəsində yazıb: "04:05-də dünyaya göz açdın. Anlamırdım. Vur-tut 17 yaşım var idi. Qəfildən yağış yağdı, 5 dəqiqəlik. Bax nədənsə o yadımda qaldı. Bu gün başqayam. İgid, yaraşıqlı, istedadlı, ər oğlum – 25 yaşın mübarək. Yaxınsan, uzaqlardayam".
Qeyd edək ki, Faiq Ağayev müsahibələrinin birində oğlunun olması barədə xəbəri təsdiqləmişdi. Sənətçiyə "1997-1998-ci ildə Faiq Ağayevin oğlu olması xəbəri yayılmışdı. O vaxt bunu təkzib etmişdiniz" sualına "Yəqin onda elə lazım imiş. Amma danmaqla deyil ki. Bu barədə susmamışam. Bir dəfə övladım haqında danışmışam. Bu səbəb deyil ki, sənəti olan bir insan şəxsi həyatı ilə gündəmə gəlsin. O, tək və yeganə olmayacaq. Əmin olun ki, Faiq Ağayev bu dünyadan varissiz getməyəcək" cavabını vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB