Serdar Ortaç haqqında gəzən söhbətlərə münasibət bildirdi

Serdar Ortaç haqqında gəzən söhbətlərə münasibət bildirdi

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç "20.Yıl" adlı yeni albomuna çəkdirdiyi ikinci klipi olan "Bana göre aşk" mahnısı üşün kameraların qarşısına keçib. SİA-nın verdiyi məlumata görə, sənətçi təxminən 12 saat davam edən çəkilişlər zamanı keçirdiyi xəstəliyə görə ata olmayacağı xəbərinə də açıqlama gətirib: "Mənim haqqımda yayılan məlumatlar çox çirkindir. Həkimlər xəstəliyimin uşağın olacağına mane olmadığını dəfələrlə söyləyiblər. Sadəcə bu aralar başım işlərimə çox qarışıb. Bir müddət sonra bu haqda düşünəcəyik".

Qeyd edək ki, mediada Serdar Ortaçın keçirdiyi "MS" xəstəliyinə görə heç vaxt ata olmayacağı barədə məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə