Tünzalə: "Gözləyirəm"

Əməkdar artist Tünzalə Ağayeva yeni mahnısını təqdim etməyə hazırlaşır. SİA-nın verdiyi məlumata görə, bəstə "Gözləyirəm" adlanır. Sənətçi hətta mahnını gələn həftə sevənlərinin ixtiyarına verəcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, "Gözləyirəm" adlı bəstənin sözləri Qənirə Paşayevaya, musiqisi Tünzalə Ağayevaya, aranjimanı isə Emin Kərimiyə məxsusdur.

"Bir gecə yuxudan qəfil oyansan ,

Bil ki, səni düşünürəm .

Gözlərin qəfildən dikilsə yola,

Bil ki, səni gözləyirəm..."

Bütün xəbərlər Facebook səhifəmizdə