Teleaparıcı Tunay Əliyeva dünən mətbuatda həbs olunması ilə bağlı haqqında yazılan xəbərlərə münasibət bildirib. O, üç il bundan öncə başına gələn xoşagəlməz hadisənin dünən olmuş kimi mətbutatda yayılmasına etiraz edib. Belə ki, teleaparıcı şəxsi "Facebook" səhifəsində baş verənlərə aydınlıq gətirib: "Dostlar, ilk öncə bu qədər dəstəyə görə hər birinizə təşəkkür edirəm. Mat qalmışam, inboxuma gələn mesajlara. Heç gözləmədiyim insanlardan mənə dəstək gəldi. Allah razı olsun. Bu xoşagəlməz dezinformasiya təəssüf ki, var olub, olacaq da. Dünən telefonum susmurdu. Məni şəhərdə görən insanların məyus olmuş vəziyyətdə yaxınlaşması, "keçmiş olsun" deməkləri məni çox üzdü. Çox təəsüf edirəm ki, sevənlərimi, dostlarımı, yaxınlarımı bu xəbər sarsıtdı. O ki, qaldı xəbərə, belə bir hadisə 3 il bundan əvvəl olub. Ətraflı yaza bilməyəcəm. Çünki, xatırlamaq mənə çox ağırdı. Amma bu hadisə ehtiyatsızlıqdan baş verən bir hadisədir. Allah heç kəsə mən yaşadığım hadisəni yaşatmasın. Məndən asılı olmayaraq bu hadisə baş verdi və qanun çərçivəsində öz həllini tapdı. Çox təəssüf edirəm ki, bəzi özünü peşəkar sayan jurnalist dostlarımız belə vacib xəbəri 3 il keçəndən sonra ortaya çıxarır. Düşünürəm ki, bu bir qərəz idi, tək mənə yox, həm də "Atv" kanalına. Çox ayıb olsun. Ayıb ona görə olsun ki, bu qədər insanları bu xəbərlə məyus etdilər. Nə qədər insan məsələni dəqiqləşdirmək üçün bizə gəldilər, mesaj atdılar, zəng etdilər. Narahatlılıq yaratdığım üçün utandım. Sonunda onu deyim ki, mənim başıma gələn bu bədbəxt hadisəni Allah heç kimə yaşatmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB