Məşhur aktyorun ölüm səbəbi məlum oldu

Məşhur aktyorun ölüm səbəbi məlum oldu

Hollivudun məşhur aktyoru 63 yaşlı Robin Uilyamsın ölüm səbəbi məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Uilyamsın, Kaliforniyadakı evində kəməri ilə özünü asaraq intihar etdiyi bildirilib. Açıqlamada Robin Uilyamsın maliyyə problemləri yaşadığı qeyd edilib.

Robin Uilyamsın həyat yoldaşı Susan Şneyder yazılı açıqlama verib: "Ərimi və ən yaxşı yoldaşımı itirdim. Dünya isə ən çox sevilən aktyorlarından birini və mükəmməl insanı itirdi. Böyük acımız səbəbi ilə məhrəmimizə hörmət eşidilməsini xahiş edirik. Ümid edirik Robin xatirələrdə ölümüylə deyil, milyonlarla insana verdiyi saysız gülüş dolu anlarla qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə