Əməkdar artist gənc bəstəkara müraciət etdi

Əməkdar artist gənc bəstəkara müraciət etdi

Gənc bəstəkar Tural Bayraməliyev yenilikləri ilə seçilib. SİA-nın verdiyi məlumata görə, bəstəkar əməkdar artist Mətanət İsgəndərli ilə işbirliyinə başlayıb. Müğənninin repertuarında yer alan "Müstəqil Azərbaycan" mahnısın sözləri və musiqisi Tural Bayraməliyevə məxsusdur. Sözügedən bəstə Türkiyədə T. Bayraməliyevin istəyi ilə aranjeman edilib.

Nəzərinizə çatdıraq ki, bəstəkar eyni zamanda mahnılarını gənc ifaçılara da həvalə edib. Belə ki, yaxın zamanlarda Sevil və Sevinc bacılarının repertuarında da Turalın yeni bəstəsi yer alacaq.

Qeyd edək ki, Tural Bayraməliyevin bəstələrinin hər ikisinə klip çəkilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə